AFFA rəsmisi UEFA-dan təyinat aldı

affa-resmisi-uefa-dan-teyinat-aldi
Oxunma sayı: 2689

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

“Qafqazinfo” AFFA-nın saytına istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Trabzonspor” (Türkiyə) - “Rujomberok” (Slovakiya) oyununun UEFA nümayəndəsi olacaq.

Avqustun 1-də Trabzon şəhərində yerləşən “Şenol Güneş İdman Kompleksi”ndə təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.