AFFA “Sabah”ın futbolçusunu cəzalandırdı

affa-sabahin-futbolcusunu-cezalandirdi
Oxunma sayı: 970

AFFA İntizam Komitəsi "Sabah"ın futbolçusu Amin Seydiyevi cəzalandırıb.

“Qafqazinfo” xəbər verir ki, buna 24 yaşlı müdafiəçinin evdə evdə “Sumqayıt”la 2:2 hesablı heç-heçə etdikləri Premyer Liqanın 27-ci tur matçında qırmızı vərəqə alması səbəb olub. 

Rəqibi aşkar qol imkanından məhrum etdiyinə meydandan qovulan Azərbaycan millisinin üzvü 1 oyunluq diskvalifikasiya olunub, komandasını isə 200 manat ziyana salıb.
Bundan başqa, "Sabah"ın 5, "Sumqayıt"ın isə 7 futbolçusu sarı vərəqə aldığı üçün klublar hərəyə 800 manat cərimə ödyəcək.

Həmçinin, qarşılaşmada hakimlər otağı isti suyu olan duş ilə təmin olunmadığı üçün meydan sahiblərinə xəbərdarlıq edilib.

Bu turun "Şamaxı" - "Qəbələ" matçında isə "qırmızı-qaralar"ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib.