AFFA “Sabah”ın şikayətini təmin etmədi

affa-sabahin-sikayetini-temin-etmedi
Oxunma sayı: 976

Apellyasiya Arbitraj Tribunalı “Sabah” klubunun AFFA İntizam Komitəsinin qərarından verdiyi şikayətə baxıb.

“Qafqazinfo” xəbər verir ki, Nihad Cabbarov barəsində 4 oyunluq cəza qərarı qüvvədə saxlanılıb.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Xəbərdə “Sabah”ın apellyasiya şikayətinin təmin edilmədiyi vurğulanıb. Qərarın tam forması 30 gün ərzində hazırlanaraq tərəflərə göndəriləcək.

Xatırladaq ki, U-17 Liqasının “Sabah” – “Səbail” oyununda “Sabah”ın futbolçusu Nihat Cabbarov “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.