AFFA Samir Abasovun cəzasını yüngülləşdirdi

AFFA Samir Abasovun cəzasını yüngülləşdirdi
Oxunma sayı: 462

AFFA İntizam Komitəsinin (İK) “Sumqayıt”ın baş məşqçisi Samir Abasova verdiyi 5 oyunluq cəza dəyişdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu, Apellyasiya Arbitraj Tribunalının verdiyi qərarda qeyd olunub.

Bildirilib ki, “Sumqayıt” klubu tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi ilə baş məşqçiyə verilən 5 matçlıq kənarlaşdırılma 3 oyun şərti tətbiq edilməklə 5 oyunluq cəza ilə əvəz edilib.
Sınaq müddəti qərarın qəbul edildiyi tarixdən etibarən 3 ay müddətinə təyin olunub. Baş məşqçi sınaq müddəti ərzində yenidən İntizam Məcəlləsi ilə müəyyən olunan hər hansı bir pozuntuya yol verdiyi halda həmin pozuntuya görə cəza təyin olunarkən 3 oyunluq kənarlaşdırma cəzası da tətbiq olunacaq.

Qeyd edək ki, "Sumqayıt" klubu barəsində verilən 4000 AZN məbləğində cərimə cəzası isə qüvvədə saxlanılıb.