Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. “Qafqazinfo” AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 15-ci turunda baş verənlər müzakirə olunub.
Premyer Liqanın XV turunun “Neftçi” – “Sumqayıt” oyununda meydan sahiblərinin oyunçusu Voislav Stankoviç sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Premyer Liqanın XV turunun “Neftçi” – “Sumqayıt” oyununda qonaq komandanın azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etdiyi üçün klub 800 manat cərimə olunub.
Premyer Liqanın XV turunun “Səbail” – “Qarabağ” oyununda qonaq komandanın 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Premyer Liqanın XV turunun “Qəbələ” - “Keşlə” oyununda qonaq komandanın 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Son xəbərlər
Son Xəbərlər