AFFA təsdiqlədi - Şeydayev rəsmən “Jilina”da

affa-tesdiqledi
Oxunma sayı: 1740

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin Slovakiyanın "Jilina" klubu ilə razılığa gəldiyi haqda məlumat vermişdik.

Qafqazinfo” xəbər verir ki, gənc hücumçu "Jilina" ilə münasibətləri rəsmiləşdirib. Bu barədə məlumatı AFFA-nın rəsmi "facebook" səhifəsi yayıb.

Müqavilə ilə "Trabzonspor"a məxsus olan Şeydayev Slovakiya klubunda icarə əsasında çıxış edəcək. Müqavilənin müddəti 1,5 illikdir.