AFFA “Trabzonspor”un sabiq idman direktorunu milliyə gətirir

affa-trabzonsporun-sabiq-idman-direktorunu-milliye-getirir
Oxunma sayı: 1128

AFFA-nın prezidenti Rövnəq Abdullayev Türkiyə futbolunda önəmli işlər görən Süleyman Urmayla Avstriyada keçiriləcək təlim-məşq toplanışında görüş keçirəcək.

Qafqazinfo” xəbər verir ki, Rövnəq Abdullayev Süleyman Urmanı milli komandanın idman direktoru vəzifəsinə gətirmək istəyir. Tərəflər 28 may tarixində Avstriyada görüşəcəklər.