AFFA Ukrayna klubunun oyunçusunu milliyə gətirir

affa-ukrayna-klubunun-oyuncusunu-milliye-getirir
Oxunma sayı: 955


“Qafqazinfo” "Report"a istinadən xəbər verir ki, bu barədə federasiyanın baş katibi Elxan Məmmədov məlumat verib.

E.Məmmədovun  sözlərinə görə, bu məqsədlə Ukrayna Futbol Federasiyasına müraciət edilib. Baş katib sabah FİFA-ya da baş vuracaqlarını açıqlayıb: "Pavel Paşayevin atası azərbaycanlıdır, Bakıda doğulub. Bunu təsdiqləyən pasport əlimizdədir. Biz bütün sənədləri yığaraq, FİFA-ya müraciət edəcəyik ki, onun Azərbaycan yığmasına keçidinə baxılsın. FİFA-nın futbolçuların statusu ilə bağlı Əsasnaməsinin 8-ci bəndinə görə, futbolçu aşağı yaş qrupları üzrə yığmaların heyətində rəsmi matçlarda çıxış edibsə, onun başqa ölkənin əsas millisində oynayıb-oynamamasına FİFA qərar verir. Ona görə də çox güman ki, sabah ali futbol qurumuna da müraciət edəcəyik. FİFA da növbəti 2 həftə ərzində qərar qəbul edəcək".

Qeyd edək ki, Pavel Paşayev Ukraynanın 17, 19 və 21 yaşadək yığmalarından əlavə, əsas millisində də forma geyinib. Lakin həmin matçlar yoldaşlıq görüşlərinə təsadüf edib.