AFFA “Zirə”nin futbolçusuna 2 oyunluq cəza verdi

affa-zirenin-futbolcusuna-2-oyunluq-ceza-verdi
Oxunma sayı: 675

AFFA İntizam Komitəsi Zirənin futbolçusu Dmitrios Çantakiasın cəzası ilə bağlı qərarı açıqlayıb.

“Qafqazinfo” AFFA-nın saytına istinadən xəbər verir ki, o, Premyer Liqanın 16-cı turunda “Keşlə” ilə matçın (2:2) 61-ci dəqiqəsində  “aqresiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün  2 oyun cəzalanıb, klub isə 1600 manat cərimələnib.