“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, sentyabrın 27-28-də təşkil olunacaq tədbirlər çərçivəsində Azərbaycanın tarixi-mədəni irsinin təbliği, iki ölkə arasında əlaqələrin genişləndirilməsi məqsədilə proqramlar təqdim ediləcək.
Mədəniyyət günləri çərçivəsində “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı təqdimat, Bakının Avropa Oyunlarına hazırlıqlarını əks etdirən filmin nümayişi, Azərbaycan Dövlət simfonik orkestri və Dövlət rəqs ansamblının çıxışları nəzərdə tutulub.
Bundan əlavə, Heydər Əliyev Fondunun, Azərbaycanın Yunanıstandakı səfirliyinin və Yunanıstanın Marianna V.Vardinoyannis Fondunun birgə təşkilatçılığı ilə bu ölkədə təhsilə dəstək layihəsinə yardım üçün xeyriyyə konserti təşkil olunacaq.
Artıq Afina ölkəmizi tərənnüm edən banerlərlə bəzədilib, eləcə də şəhərin küçələrindəki monitorlarda müxtəlif videoçarxlar nümayiş etdirilir.
Son xəbərlər
Son Xəbərlər