Afinada iki məhbus həbsxanadan qaçıb

afinada-iki-mehbus-hebsxanadan-qacib
Oxunma sayı: 973

 Afinanın Koridallos həbsxanasından iki məhbus qaçıb.

“Qafqazinfo” “RİA "Novosti”yə istinadən xəbər verir ki, həbsxanadan qaçanlar alban əsilli iki qardaşdır. Onlar yaşlı insanlara qarşı silsilə qarət əməllərinə görə həbs olunublar.

Onlar əvvəlcə qaldıqları otağın dəmir qəfəsini mişarla kəsiblər, daha sonra həbsxananın daxili həyətinə çıxmağa, oradan isə çanta hissələrindən hazırlanmış kəndirə qarmaq taxaraq hasarı aşmağa nail olublar.

Yunan polisi qaçan məhbusları axtarır.