Türkiyənin məşhur aktyoru Cem Yılmazla aktrisa Serenay Sarıkayanın sevgili olduğu təsdiqlənib. “Qafqazinfo” xəbər verir ki, bir müddət eşq dedi-qoduları yayılan cütlük Yunanıstanda görüntülənib.
Afina küçələrində gəzən cütlüyün bir fotosu sosial şəbəkələrdə yayılıb. Daha sonra onların restoranda çəkilən şəkli instaqramın gündəmini zəbt edib.

Mövzu barədə Cem Yılmazın bir neçə həftə bundan əvvəl ayrıldığı sevgilisi Defne Samyeli də açıqlama verib. O, Serenaya görə münasibətlərinin bitməsi məsələsini belə şərh edib: “Hazırda heç bir şey deməyəcəm. Amma gözləyirəm. Lazım görsəm, bu mövzu barədə danışacam”.
Son xəbərlər
Son Xəbərlər