Afra illər sonra atasını bağışladı - Foto

afra-iller-sonra-atasini-bagisladi
Oxunma sayı: 11418

Türkiyəli aktrisa Afra Saraçoğlu illər sonra atası ilə görüşüb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa onu və anasını tərk edən atası Uğur Saraçoğlunu bağışlayıb.

O, valideynini görmək üçün ABŞ-yə gedib və birgə çəkilmiş fotolarını paylaşıb.

Qeyd edək ki, Afra Saraçoğlu 6 il əvvəl verdiyi müsahibəsində atası ilə son olaraq 13 yaşında görüşdüyünü demişdi. 

“Anamla atam mən çox gənc olanda ayrıldılar. Atamla iki dəfə, 9 və 13 yaşlarımda görüşmüşəm. Artıq onunla görüşmərəm, çünki onun üzərimdə heç bir əməyi yoxdur”, - deyə bildirmişdi.

Xatırladaq ki, Afra hazırda həmkarı Mert Ramazan Demirlə sevgilidir. Onlar “Yalı Çapkını” serialında baş rolları canlandırırlar.