AFRA zəlzələ bölgəsinə yaşayış konteynerləri göndərdi - Foto

afra-zelzele-bolgesine-yasayis-konteynerleri-gonderdi
Oxunma sayı: 2425

Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) Türkiyədə zəlzələdən əziyyət çəkən insanlar üçün təşkil olunan yardım kampaniyasına qoşulub. 

"Qafqazinfo" xəbər verir ki, humanitar yardım kampaniyası çərçivəsində AFRA üzvləri, o cümlədən, “NOVCO Holding”, “Brandmart” QSC, “NovGüv” şirkətlərinın dəstəyi ilə, evsiz qalan insanların müvəqqəti sığınması üçün 2 modul tipli yaşayış konteyneri göndərilib. Hər konteyner 2 otaq, 4 çarpayı və sanitar qovşaqla təhciz olunub.

Bundan əlavə, zəlzələdən əziyyək çəkən insanların gündəlik tələbatını ödəmək məqsədi ilə 60 qutu isti geyim və ayaqqabı, 25 min cüt isti corab həmin bölgələrə göndərilib.

AFRA zəlzələ nəticəsində həyatını itirmiş insanlara Allahdan rəhmət, sağ qalanlara isə şəfa diləyir.