Afrika İttifaqı (Aİ) Mali hərbçilərinin qiyamına cavab olaraq ölkənin təşkilatdakı üzvlüyünün dayandırılması barədə qərar qəbul edib. “Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu barədə AI-nin Sülh və Təhlükəsizlik Şurasının tvitterində məlumat verilib.
“Aİ Mali üzvlüyünü Konstitusiya qaydalarının bərpasınadək dayandırır”, - təşkilat qeyd edib.
Bundan başqa, Afrika İttifaqı “ordu tərəfindən məcburi saxlanılan Prezident İbrahim Bubakar Keyta, Baş Nazir və hökumətin digər üzvlərinin azad olunmasını” tələb edib.
Son xəbərlər
Son Xəbərlər