Afrika Millətlər Kubokunda ilk

afrika-milletler-kubokunda-ilk-
Oxunma sayı: 644

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Ekvatorial Qvineya və Qabonun ev sahibliyi etdiyi qitə çempionatının həlledici görüşündə Kot dİvuar və Zambiya yığmaları üz-üzə gəlib. Qabonun paytaxtı Librevil şəhərində yerləşən “Anqondje Stadium”da keçirilən matç gərgin mübarizə ilə yadda qalıb. Oyunun 70-ci dəqiqəsində Jervinyoya qarşı edilən kobudluqdan sonra baş hakim Zambiyanın qapısına penalti təyin etsə də, Kot dİvuar millisinin lideri Didye Droqba topu qapının üstündən vurub. Oyunun əsas və əlavə vaxtı qolsuz bitdiyindən kubokun sahibi penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan Zambiya rəqibini 8-7 hesabı ilə üstələyərək tarixindı ilk dəfə AMK-nı qazanıb.

Qeyd edək ki, turnirin son qalibi Misir yığması idi.

Ceyhun Əhmədov