Afrika Millətlər Kubokunda kuryoz hadisə

afrika-milletler-kubokunda-kuryoz-hadise
Oxunma sayı: 3411

Afrika Millətlər Kubokunda növbəti kuryoz hadisə yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, 1/8 finalda Kamerunla qarşılaşan Komor adaları millisi matça qapıçısız çıxıb.

Qapıçılardan Səlim Ben-Buana zədəli  olduğu, Əli Aamada və Moyad Hüsseyni isə karantinə alındıqları üçün görüşdə iştirak edə bilməyiblər. 

Nəticədə millinin qapısını müdafiəçi Şakir Əl-Hadur qoruyub. Oyun Kamerun millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komor adaları turnirlə vidalaşıb, Kamerun yığması isə 1/4 finala yüksəlib.