Afrika Millətlər Liqasının qalibi bəlli oldu - Video

afrika-milletler-liqasinin-qalibi-belli-oldu
Oxunma sayı: 1664

Afrika Millətlər Kubokunda final oyunu keçirilib. “Qafqazinfo” xəbər verir ki, həlledici matçda Nigeriya və Fil Dişi Sahili milliləri qarşılaşıblar.

Görüş Fil Dişi Sahilinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, ev sahibi Fil Dişi Sahili tarixində üçüncü dəfə Afrika Kubokunu qazanıb. 

2023-cü il Afrika Kubokunda üçüncü yeri bürünc medal uğrunda görüşdə Konqo DR-i məğlub edən (0:0, penaltilər 6:5) Cənubi Afrika millisi tutub.