Afrika ölkəsində qeyri-qanuni mədənə basqın - 4 nəfər öldü, 47-si həbs edildi

afrika-olkesinde-qeyri-qanuni-medene-basqin
Oxunma sayı: 1286

Afrikada yerləşən Qananın Ativa Vest əyalətində polislər qeyri-qanuni mədənə basqın ediblər.

“Qafqazinfo” “Dunyabulteni.net”ə istinadən xəbər verir ki, mədəndə polislərə silahlı müqavimət göstərilib.

Atışma zamanı 4 nəfər ölüb, 47 nəfər isə saxlanılıb.

Mədəndəki texnikalar, alət və silahlar isə müsadirə edilib.