Afrikada COVID-19-a yoluxanların sayı 6 milyona yaxınlaşır

afrikada-covid-19-a-yoluxanlarin-sayi-6-milyona-yaxinlasir
Oxunma sayı: 960

Afrika ölkələrində koronavirusa yoluxanların sayı 5 776 300-ə çatıb, 14 703 nəfər dünyasını dəyişib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional nümayəndəliyi bildirib.

Məlumata görə, sözügedən ölkələrdə 4,9 milyondan çox insan koronavirusdan sağalıb.

Yoluxma və ölüm hallarının çoxu CAR-ın payına düşür – 2 112 336 və 60 039. Misirdə 16 332 ölüm, 282 582 yoluxma qeydə alınıb. Mərakeşdə 9 341 nəfər COVID-19-un qurbanı olub.