Afrikada finalçılar müəyyənləşdi

afrikada-finalcilar-mueyyenlesdi
Oxunma sayı: 642

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Zambiya millisi Qananı minimal hesabla məğlub edərək adını finala yazdırıb. Bununla zambiyalılar tarixində 3-cü dəfə AMK-da finala vəsiqə qazanıb. Onlar daha əvvəl 1974 və 1994-cü illərdə çempionluq şansı qazanmış, lakin hər iki halda həlledici oyunda məğlub olmuşdular.

Digər görüşdə isə turnirin əsas favoriti Kot dİvuar millisi Mali ilə qarşılaşıb. Fil Dişililər Jervinyonun yeganə qolu ilə qələbə qazanıb. Zambiya kimi, Kot dİvuar yığması da 3-cü dəfə final oynayacaq. Lakin Kot dİvuarlıların hesabında 1 çempionluq var. Onlar 1992-ci ildə Qananı penaltilər seriyasında məğlub edərək titula yiyələnib. 2006-cı ildə isə finalda Misir yığması ilə qarşılaşan Droqbanın komandası bu dəfə “lotoreya”dan məğlub ayrılıb.
Final görüşü fevralın 12-də baş tutacaq. Yarımfinalda məğlub olan Qana və Mali yığmaları isə fevralın 11-də 3-cü yer uğrunda görüşəcəklər.

Mali – Kot dİvuar – 0:1
Jervinyo, 45

Zambiya – Qana – 1:0
Mayuka, 78


Ceyhun Əhmədov