Afrikada ilin ən yaxşı futbolçusu seçildi

afrikada-ilin-en-yaxsi-futbolcusu-secildi
Oxunma sayı: 2403

Afrikada ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.

"Qafqazinfo" xəbər verir ki, qitə Futbol Konfederasiyası (CAF) 2021/2022 mövsümünün ən yaxşısı kimi seneqallı forvard Sadio Maneni seçib.

Xəbəri rus dilində oxuyun: AccessBank опубликовал финансовый отчет за второй квартал 2022 года

Bu yay "Liverpul"dan "Bavariya"ya keçən Mane misirli hücumçu Məhəmməd Salahı və “Çelsi”də çıxış edən həmyerlisi Eduar Mendini qabaqlayıb.

Qeyd edək ki, Mane ötən mövsüm “Liverpul”un heyətində ölkə kubokunu və Liqa kubokunu qazanıb, Seneqal yığması ilə Afrika Millətlər Kubokuna sahib çıxıb.