Afrikanın milyarder qadını bakılı çıxdı - Fotolar

afrikanin-milyarder-qadini-bakili-cixdi-fotolar
Oxunma sayı: 646

Forbes jurnalı keçmiş bakılını Afrikanın birinci qadın milyarderi hesab edib. “Qafqazinfo”nun məlumatına görə, 40 yaşlı İzabel Duş Santuş 1973-cü ildə Bakıda doğulub. O, Anqola prezidenti Joze Eduardo Duş Santuşun Azərbaycan vətəndaşı Tatyana Kukanova ilə birinci nigahından olan böyük qızıdır.

Prezidentin böyük qızı Londonda böyüyüb və orada təhsil alıb. Onun ilk biznes işi 24 yaşında olarkən Luandada açdığı “Mayami Bic” restoranı olub. İzabel bir neçə dildə danışır. Sindiko Dikolo adlı konqolu ilə evlidir.

O, son illər bank və kabel televiziyaları daxil omaqla bir neçə Portuqaliya şirkətlərinin səhmlərini əldə edib.

“Bu aksiyalar, həmçinin İzabelin bundan öncəki Anqoladakı səhmləri onun sərvətini bir milyard dollar qədər artırdı və o, Afrikanın birinci qadın milyarderi oldu”, - “Forbes” yazır.
İzabel 28, 8 faiz səhmlə ZON Multimedia portuqal kabel televiziya şəbəkəsinə rəhbərlik edir. Onun BPİ portuqal bankındakı 19.5 faiz səhmi 465 milyon dollarla qiymətləndirilir.

Anqoladakı BİK bankının dördə bir hissəsi (160 milyon dollar) və “Unitel” telekommunikasiya şirkətinin dördə bir hissəsi Santuşa məxsusdur.