“Afrikaya vaksin nəqli dayanma nöqtəsindədir” - ÜST

afrikaya-vaksin-neqli-dayanma-noqtesindedir
Oxunma sayı: 1392

“Afrikada koronavirusa yoluxma 20 faiz artsa da, qitəyə vaksin nəqli dayanma nöqtəsinə gəlib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumatda deyilir.

“Son iki həftədə əvvəlki iki həftəyə nəzərən yoluxma sayı 20 faizdən çox artıb. Tədbirlərə əməl edilməməsi, əhali artımı və qitənin cənubunda qış mövsümünün başlaması bir çox ölkədə koronavirus riskini artırıb. Bu artım koronavirus vaksininin nəqlinin dayanma nöqtəsinə gəldiyi bir vaxtda yaşanır”, - açıqlamada bildirilib.

Qeyd olunub ki, Afrikada əhalinin sadəcə 2 faizi vaksinasiyadan keçib.