Afrin əhalisinə təyyarələrdən kağızlar atıldı - Fotolar

afrin-ehalisine-teyyarelerden-kagizlar-atildi
Oxunma sayı: 3579

Türkiyə Silahlı Qüvvələri (TSQ) Afrinə birlik çağırışının edildiyi kağızlar atıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, üç dildə - türkcə, ərəbcə və kürdcə yazılan kağızlarda Afrin əhalisinə terrorçulara qarşı birlikdə olmaq çağırışı edilib.

Çağırışda aşağıdakılar yazılıb:

“Qonşusuna silah çəkən, məscidlərimizi dağıdan, xain PKK/PYD/YPG və İŞİD-li terrorçuların təzyiq və zülmünə son qoymaq zamanıdır. Terrorçuların övladlarınızdan istifadə etməsinə, sizi, evinizi və gələcəyinizi məhv etmələrinə izn verməyin. Terrorçulara “dur” deməyin vaxtı gəlib. Onlara qarşı birlikdə olaq. Terrorçulardan uzaq dayanın. Afrin afrinlilərindir. Allahın izni ilə Afrində sülh, sağlamlıq, hüzur, güvən və bərəkət dolu günlərə...”

Qeyd edək ki, 20 yanvardan etibarən həyata keçirilən Afrin əməliyatında 600-dən çox terrorçu öldürülüb.