Türkiyənin Milli Müdafiə naziri Nurettin Canik Afrin əməliyyatı ilə bağlı açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, nazir bu əməliyyatın baş tutacağını deyib:
“Türkiyəyə yönələn təhdid səviyyəsi hər gün daha da yüksəlir. Bu hərəkat olacaq, terror mübarizə həyata keçiriləcək. YPG-nin sahib olduğu bütün sistemləri bilirik. Onların böyük bir hissəsinin harada saxlanıldığını da. 25-30 min insana yetəcək qədər silah və sürsatları var.
Əllərində tank əleyhinə raketləri var, lakin biz də onlara qarşı silah sistemimizi təkmilləşdirmişik”.
Qeyd edək ki, daha əvvəl Suriya XİN-i açıqlama yayaraq bəyan etmişdi ki, Türkiyə ordusu Afrinə daxil olarsa, bunu təcavüz aktı kimi qəbul edəcəklər.
Son xəbərlər
Son Xəbərlər