Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) tərəfindən Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatında zərərsizləşdirilən terrorçu sayı 2184-ə çatıb.
“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, hazırda terrorçuların Hatay rayonu ilə üzbəüz mövqeləri artilleriya atəşinə tutulub.
Bundan başqa, Raco dağındakı sığınacaqlar da instensiv atəş altındadır.
TSQ və ASO-nun Afrinin mərkəzinə doğru irəliləyişi davam edir.
Son xəbərlər
Son Xəbərlər