Afrin əməliyyatının 7-ci günü - Öldürülən terrorçuların sayı açıqlandı

afrin-emeliyyatinin-7-ci-gunu
Oxunma sayı: 3259

Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” adlı əməliyyatın 7-ci günü ilə bağlı hesabatı açıqlayıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu gün terrorçuların sığınacaq, silah anbarı və digər məqsədlərlə istifadə etdiyi 23 hədəf məhv edilib.

Əməliyyatlarda 13 təyyarə iştirak edib.

7 gün ərzində zərərsizləşdirilən PKK/KCK/PYD-YPG və İŞİD terrorçuların sayı isə 343-ya çatıb.