Türkiyə Silahlı Qüvvələri (TSQ) Afrində keçirilən əməliyyatın 22-ci günü ilə bağlı hesabatı açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, “Zeytun budağı” adlı əməliyyat çərçivəsində bu gün PKK/KCK/PYD-YPG və İŞİD terror təşkilatlarına məxsus 36 hədəf – sığınacaq, hərbi ləvazimatlar anbar və atəş nöqtəsi məhv edilib.
Gün ərzində 79 terrorçu zərərsizləşdirilib.
Beləliklə, 22 gündə öldürülən terrorçuların sayı 1141-ə çatıb.
Son xəbərlər
Son Xəbərlər