Afrində bombalı hücum - 6 ölü

afrinde-bombali-hucum
Oxunma sayı: 914

Suriyanın Afrin rayonunun mərkəzində terakt baş verib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bomba ilə yüklənmiş avtomobilin partladılması nəticəsində 6 nəfər həlak olub, 20 nəfər yaralanıb.

Hücumlara görə məsuliyyəti üzərinə götürən olmayıb.

Yerli təhlükəsizlik orqanları tərəfindən təhqiqat aparılır.

Xatırladaq ki, Afrin bu ilin əvvəlində Türkiyə ordusunun keçirdiyi “Zeytun budağı” əməliyyatı ilə terrorçulardan təmizlənmişdi.