Afrində iki türk əsgəri şəhid olub

afrinde-iki-turk-esgeri-sehid-olub
Oxunma sayı: 922

Afrində iki türk əsgəri əldə hazırlanan bombanın partlaması nəticəsində ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. Hadisə terrorçulardan azad edilən şəhərin minalardan təmizlənməsi prosesi zamanı baş verib. 

TSQ eyni zamanda, martın 22-də İraqın şimalındakı Qəndil bölgəsinə edilən hava hücumunda 41 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.