Afrində kütləvi məzarlıq aşkarlandı - Fotolar

afrinde-kutlevi-mezarliq-askarlandi
Oxunma sayı: 2614

Afrində Türkiyənin həyata keçirdiyi “Zeytun budağı” hərəkatından əvvəl YPG/PKK terrorçularının nəzarətində olan bölgədə kütləvi məzarlıq aşkarlanıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, məzarlardan çıxarılan cəsədlərin sayı 68-ə çatıb.

Dünən aşkarlanan məzarlıqda qazıntı işləri davam edir. Cəsədlərin sayının artacağı istisna edilmir.