Afrində məhv edilən terrorçuların sayı artdı

afrinde-mehv-edilen-terrorcularin-sayi-artdi
Oxunma sayı: 1879

Türkiyə Silahlı Qüvvələri (TSQ) Afrində keçirilən əməliyyatın 5 günü ilə bağlı hesabatı açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, “Zeytun budağı” adlı əməliyyat çərçivəsində PKK/KCK/PYD-YPG və İŞİD terror təşkilatlarına mənsub 47 hədəfin 27 təyyarə ilə məhv edildiyi bildirilib.

Məlumata görə, 5 gün ərzində 287 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, Afrin əməliyyatında Türkiyə ordusu ilə Azad Suriya Ordusu ümumilikdə 8 şəhid verib.