Afrində nə qədər terrorçu öldürülüb? - 11 günün hesabatı

afrinde-ne-qeder-terrorcu-oldurulub
Oxunma sayı: 1640

Türkiyə Silahlı Qüvvələri (TSQ) Afrində keçirilən əməliyyatında geridə qalan 11 günlə bağlı hesabatı açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, “Zeytun budağı” adlı əməliyyat çərçivəsində bu gün PKK/KCK/PYD-YPG və İŞİD terror təşkilatlarına məxsus 3 hədəf – sığınacaq, hərbi ləvazimatlar anbar və atəş nöqtəsi məhv edilib.

Bundan başqa, 33 terrorçu zərərsizləşdirilib, 4 kənd isə terrorçulardan azad edilib.

Beləliklə, 10 gün ərzində öldürülən terrorçuların sayı 616-ya, azad edilən məntəqələrin sayı isə 25-ə çatıb. Onlardan 19-u kənd, biri kiçik yaşayış məntəqəsi və 5-i strateji yüksəklikdir.