Türkiyə Silahlı Qüvvələri (TSQ) Afrində keçirilən əməliyyatın 15-ci günü ilə bağlı hesabatı açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, “Zeytun budağı” adlı əməliyyat çərçivəsində bu gün PKK/KCK/PYD-YPG və İŞİD terror təşkilatlarına məxsus 5 hədəf – sığınacaq, hərbi ləvazimatlar anbar və atəş nöqtəsi məhv edilib.
Bundan başqa, gecə saatlarından etibarən baş verən atışmalarda 35 terrorçu zərərsizləşdirilib.
15 gün ərzində öldürülən terrorçuların sayı isə 932-yə çatıb.
Son xəbərlər
Son Xəbərlər