Afrində öldürülən terrorçuların sayı açıqlandı

afrinde-oldurulen-terrorcularin-sayi-aciqlandi
Oxunma sayı: 1793

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində apardığı əməliyyat zamanı öldürülən terrorçuların sayını açıqlanıb.

“Qafqazinfo” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə ordusu məlumat yayıb.

Məlumata əsasən, ötən gün keçirilən əməliyyatlar zamanı PKK/PYD/YPG/İŞID terror qruplaşmalarının 86 üzvü öldürülüb.

Bununla da “Zeytun budağı” əməliyyatı zamanı öldürülən terrorçuların sayının 1266-ya çatıb.