Afrində terrorçuların gizləndiyi labirint tunellər tapıldı - Fotolar

afrinde-terrorcularin-gizlendiyi-labirint-tuneller-tapildi
Oxunma sayı: 2645

Türkiyə ordusu və Azad Suriya Ordusunun (ASO) birgə keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində YPG/PKK terrorçularından təmizlənən Sirqaya təpəsinin ətrafında çoxlu tunellər aşkar edilib.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, bir-birinə çıxışı olan həmin tunellər labirint şəklində hazırlanıb.

Terrorçular gizlənmək üçün istifadə etdiyi həmin tunelləri bombardmanlardan qorumaq üçün 80 sm-lik qalın betonlarla möhkəmləndiriblər.

İki metr hündürlüyü, bir metr eni olan tunellərdə yataq otaqları və mətbəx də aşkarlanıb.