Suriyanın Afrin bölgəsində aparılan “Zeytun budağı” əməliyyatı çərçivəsində Türkiyə Hərbi Qüvvələrinin tankı terrorçular tərəfindən vurulub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, atəş nəticəsində tank zərər görsə də, hərbçilər arasında xəsarət alan olmayıb.
Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” əməliyyatı çərçivəsində indiyə kimi 947 terrorçu zərərsizləşdirilib.
Son xəbərlər
Son Xəbərlər