Suriyanın Afrin bölgəsində həyata keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində Türkiyəyə məxsus hərbi helikopter vurulub.
“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının İstanbul əyalət təşkilatının toplantısında bildirib
“Bir az əvvəl helikopterimiz vuruldu. Bütün bunlar olacaq. İtkilər də verəcəyik. Lakin bunun əvəzini ağır şəkildə ödəyəcəklər”, - deyə Ərdoğan söyləyib.
***
Baş nazir Binəli Yıldırım hadisə nəticəsində 2 əsgərin şəhid olduğunu bildirib.
Son xəbərlər
Son Xəbərlər