“AG Bank”ın balansındakı daşınar əmlaklar hərraca çıxarılacaq

ag-bankin-balansindaki-dasinar-emlaklar-herraca-cixarilacaq
Oxunma sayı: 2041

“AG Bank” ASC-nin balansındakı daşınar əmlaklar açıq hərraca çıxarılacaq.

Bu barədə “Qafqazinfo”ya Əmanətlərin Sığortalanması Fondundan bildirilib.

Məlumata görə, martın 2-si saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “AG Bank” ASC-nin balansındakı daşınar əmlaklar açıq hərraca çıxarılacaq.

Fonddan bildirilib ki, daşınar əmlaklar 1 ədəd “Wincor Nixdorf CINEO C2550” markalı və 1 ədəd “Wincor Nixdorf ProCash 8000” markalı bankomatlardır. Daşınar əmlakların ilkin satış qiyməti 20 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına, alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.