“Ağ çiçəyim”ə hücum edib işçiləri döydülər

ag-ciceyime-hucum-edib-iscileri-doyduler
Oxunma sayı: 1518

Gəncədə gül mağazasında işləyən iki qardaş döyülüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə şahidlərinin APA-ya verdikləri məlumata görə, şəhərin Şeyx Bahəddin küçəsində olan “Ağ çiçəyim” gül mağazasına bir neçə nəfər daxil olaraq orada olan gülləri dağıdıblar və işçilər, 1973-cü il təvəllüdlü Seyidov İsgəndər və onun qardaşı 1976-cı il təvəllüdlü Seyidov Anara ağır bədən xəsarətləri yetiriblər. Yaralılar xəstəxanaya aparılıb.
 
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.