Ağ Ev Misirin Rusiyaya yardımı ilə bağlı məlumatı şərh etdi

ag-ev-misirin-rusiyaya-yardimi-ile-bagli-melumati-serh-etdi
Oxunma sayı: 2095

Misirin Rusiyaya öldürücü silahlar şəklində yardım etdiyinə dair heç bir əlamət yoxdur”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Qeyd edək ki, daha öncə KİV-ə ABŞ kəşfiyyatının sızdırılmış sənədlərindən Misirin Ukraynada xüsusi hərbi əməliyyat keçirmək üçün Rusiyaya Qərbdən gizli şəkildə raketlərlə kömək etmək planları məlum olub.