Ağ Evin sözçüsü Karin Jan-Pyer BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsi çərçivəsində ABŞ və Ukrayna liderləri Co Bayden və Volodimir Zelenski arasında görüşün mümkünlüyünü şərh edib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, o, məlumatı təsdiqləməyib.
“Hazırda mən BMT BA-nın yüksək səviyyəli həftəsi ilə bağlı hər hansı təfərrüatı təsdiq edə bilmərəm. Daha sonra əlavə məlumat verə biləcəyik”, - deyə o bildirib.
Bundan əvvəl, Ukrayna mediası liderlərin Vaşinqtonda görüşəcəyi barədə məlumat yaymışdı.
Xatırladaq ki, BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsi sentyabrın 24-dən 30-na kimi keçiriləcək.