Ağ Evin sözçüsü Karine Jan-Pyer Rusiya lideri Vladimir Putinin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla təmaslara hazır olduğunu deməsinə münasibət bildirməkdən imtina edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
O, yalnız ABŞ prezident administrasiyasının yaxın 74 gün ərzində görəcəyi işlər, həmçinin Vaşinqtonun Ukraynaya yardım etmək öhdəliyi barədə danışa biləcəyini vurğulayıb.
Ağ Evin sözçüsü qeyd edib ki, Tramp komandası indiki prezident Co Baydenin administrasiyası ilə hakimiyyətin ötürülməsi üçün lazım olan sənədləri hələ imzalamayıb.