Ağ Ev Suriyanı kimyəvi silahdan istifadədə günahlandırır

ag-ev-suriyani-kimyevi-silahdan-istifadede-gunahlandirir
Oxunma sayı: 754

ABŞ Dövlət Katibi Reks Tillerson Suriya lideri Bəşər Əsədin kimyəvi silahdan istifadə etdiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

O, öz xalqına qarşı kimyəvi silahdan istifadə edənlərin hərəkətlərinə görə məsuliyyət daşıdıqlarını vurğulayıb.

Daha əvvəl mətbuatda Suriya hakimiyyətinin İdlibdə kimyəvi silahdan istifadə etməsi nəticəsində 10 nəfərin öldüyü qeyd edilib.