Ağ Evdə atəşkəs rejimi ilə bağlı- - Petisiya

ag-evde-ateskes-rejimi-ile-bagli-
Oxunma sayı: 1232


“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının tələbələri öz təşəbbüsləri ilə bu petisiyaya başladıqlarını bildiriblər. ABŞ Prezidenti Barak Obama administrasiyasının diqqətinə ünvanlanmış petisiyada son günlər qoşunların təmas xəttində Ermənistan ordusunun atəşkəsi pozduğu və erməni kəşfiyyat qruplarının Silahlı Qüvvələrimizin mövqelərinə basqınlar etdiyi qeyd olunur. Bildirilir ki, bunun nəticəsinə Azərbaycan ordusu itkilər verib, yaralılar var.

Müraciətdə, həmçinin qeyd edilir ki, 20 ildən artıqdır davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xeyli insanın ölümünə, regionda sabitliyin və təhlükəsizliyin pozulmasına səbəb olub.

Petisiyada vurğulanır ki, Azərbaycan xalqı bölgədə sülhün bərqərar olmasını və erməni təcavüzkarlarının atəşkəsi pozmalarına son qoyulmasını istəyir.

Qeyd edək ki, petisiyaya Ağ Ev tərəfindən baxılması üçün bu il sentyabrın 2-dək 100 000 imza toplanmalıdır.