Ağ Evdə kanadalı nazirin şərəfinə ziyafət verildi - Fotolar

ag-evde-kanadali-nazirin-serefine-ziyafet-verildi
Oxunma sayı: 4211

Ağ Evdə Kanadanın baş naziri Castin Trüdonun şərəfinə ziyafət verilib.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obama və birinci xanım Mişel Obama gecəyə məşhurları da dəvət edib.

Məşhurlar sırasında Bleyk Lavli və Rayan Reynolds, Maykl Cey Foks və xanımı, Mayk Mayers və həyat yoldaşı və digərləri olub.

Qonaqları Obama ailəsi şəxsən özü qarşılayıb.