Ağ Evdə tarixi görüş - Foto

Ağ Evdə tarixi görüş
Oxunma sayı: 2526

Türkiyənin xəzinə və maliyyə naziri, prezident Rəcəb Tayib Ərdoğanın kürəkəni Berat Albayrak “IMF-Dünya Bankı” və “G20” toplantısında iştirak etmək üçün ABŞ-a rəsmi səfər edib.

“Qafqazinfo”nun “NTV”yə istinadən xəbərinə görə, nazir səfər çərçivəsində ABŞ prezidenti Donald Trampın qəbulunda olub.

Görüşdə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin, ABŞ prezidentinin sözçüsü və kürəkəni Cared Kuşner də iştirak edib. Bu, Ağ Evdə baş tutmuş tarixi görüşlərdən biri kimi dəyərləndirilir.

Görüşdə iqtisadi əməkdaşlıq, “S -400” raket sistemləri ilə bağlı məsələlər müzakirə olunub. Qeyd olunub ki, iki ölkə arasında ticarətin miqdarı 75 milyard dollara çatıb.

Görüşü şərh edən B. Albayrak bildirib: “Donald Trampdan olduqca müsbət rəylər aldıq. Bu barədə prezident Rəcəb Tayyib Ərdoğanı məlumatlandıracağıq”.

O, həmçinin ABŞ və Türkiyə prezidentlərinin yaxın zamanlarda görüşəcəyinin də anonsunu verib.