“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, prezident Barak Obama və xanımı Mişel Obama iqamətgahda 500 nəfərdən ibarət şənlik təşkil edib. Bu şənlik qonaqların sosial şəbəkələrdə paylaşdığı fotolardan sonra ortaya çıxıb.
Prince və Stevie Wonderin sonadək səhnədə olduğu şənlik mediadan gizlədilib, prezident Obamanın həftəlik proqramında yer almayıb. Gecəyə siyasi elitanın seçilmiş nümayəndələri, şou və kino aləminin simaları qatılıb.
Ağ Evin mətbuat xidmətinin rəhbəri Josh Earnest açıqlamasında iqamətgahda keçirilən mərasimin baş tutuduğunu tətiqləyib. O, bütün xərcləri prezident Obama tərəfinən ödənildiyini dönə-dönə vurğulayıb.
Mətbuat katibi bildirib ki, prezident ailə dostları ilə vaxt keçirmək istəyib, bu şənliyi təşkil edib.
Son xəbərlər
Son Xəbərlər