Ağ Evə atəş açan şəxs vuruldu - Obama binada olmayıb + Yenilənib

ag-eve-ates-acan-sexs-vuruldu
Oxunma sayı: 2319

Naməlum şəxs Vaşinqtonda Ağ Evin binasına atəş açıb.

Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, hazırda Ağ Ev mühasirəyə alınıb.

İnsidentlə bağlı təfərrüatlar haqda hələ ki, məlumat yoxdur.

***

Prezident Barak Obama hadisə baş verən zaman binada olmayıb. O, “Endryus” hərbi bazasındadır.

***

Hüquq-mühafizə orqanlarından “CNN”ə verilən məlumata görə, polislər silahlı şəxsə atəş açıblar. Şübhəli şəxs qarnından güllə yarası alaraq xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyəti ağırdır.